Modern.az

Karapetyanın sələfi maliyyə cinayətlərində günahlandırılır

Karapetyanın sələfi maliyyə cinayətlərində günahlandırılır

Dünya

18 Aprel 2023, 11:32

Ermənistanın keçmiş baş naziri Ovik Abramyan çirkli pulların yuyulmasında, vəzifə səlahiyyətlərindən sui-istifadədə və qanunsuz sahibkarlıqda ittiham olunur.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, müstəntiqlərin fikrincə, o, mədən şirkətinin idarə edilməsində iştirak edib və cinayət yolu ilə əldə etdiyi əmlakı leqallaşdırıb.

 

O, təxminən 600 min dolların leqallaşdırılmasında günahlandırılır.

 

Qeyd edək ki, Abramyan 2014-2016-cı illərdə Ermənistanın baş naziri olub. Ondan sonra bu postu Karen Karapetyan tutub.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi