"Yaponiya hakimiyyəti ABŞ tərəfindən nüvə bombardmanı zamanı öldürülən həmvətənlərinin məzarına tüpürür".
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, sabiq prezident Dmitri Medvedev bildirib.
O, rəsmi Tokionu Vaşinqtonyönümlü siyasət yürütməkdə ittiham edib.
Qeyd edək ki, İkinci Dünya müharibəsinin sonunda 1945-ci ilin 6 və 9 avqust tarixlərində ABŞ tərəfindən Yaponiyanın Naqasaki və Xirosima yaşayış məntəqələrinə atom bombası atılıb.