Modern.az

İlham Əliyev: “Prezidentliyə namizədlər üçün lazımı şərait yaradılacaq” - AÇIQLAMA

İlham Əliyev: “Prezidentliyə namizədlər üçün lazımı şərait yaradılacaq” - AÇIQLAMA

21 İyun 2013, 19:44

“Azərbaycan xalqının iradəsi qarşıdakı prezident seçkilərinin nəticələrində tamamilə əks olunacaq”. Modern.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, ölkə hökuməti bunu təmin etmək üçün hər şey edəcək.

İlham Əliyev vurğulayıb: "Azərbaycan Avropadan, Avropa institutlarından beynəlxalq müşahidəçilər dəvət edəcək və bütün namizədlərin öz proqramlarını Azərbaycan xalqına təqdim etməsi üçün hər cür zəruri şərait yaradacaq".

Eyni zamanda, dövlət başçısı bildirib ki, prezident seçkilərinə çox vaxt qalıb və seçki kampaniyaları hələ başlamayıb.

Xatırladaq ki, Azərbaycanda prezident seçkilərinin keçirilməsi bu ilin payızına nəzərdə tutulub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama