Azərbaycanın xalq rəssamı, mərhum Toğrul Nərimanbəyovun Fransada dəfn olunması barədə məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb. Bu barədə anspress-ə rəssamın həyat yoldaşı Sevil Nərimanbəyova məlumat verib. O bildirib ki, Fransa məhkəməsinin Toğrul Nərimanbəyovun Fransada dəfn olunmasına dair qərarı qüvvədə qalıb: “Dəfn mərasimi iyunun 26-sı ya da 27-də keçiriləcək. Toğrul əsl müsəlman idi və müsəlman adətinə uyğun olaraq dəfn olunacaq”.
Xatırladaq ki, Toğrul Nərimanbəyov iyunun 2-də Parisdə vəfat edib. Onun qızı və həyat yoldaşı arasındakı mübahisə səbəbindən rəssamın dəfni düz 19 gündür ki, gecikir.
Modern.az