Rumıniyada hakimiyyətdə təmsil olunan Sosial Demokrat Partiyası Şərqi Avropa ölkələrinin analoji hərəkətlərindən sonra koalisiya hökumətindən Ukrayna taxılının idxalını müvəqqəti qadağan edən fövqəladə tədbiri təsdiq etməyi tələb edib.
Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə partiyanın bəyanatında vurğulanıb.
Bildirilib ki, Rumıniya kənd təsərrüfatı məhsullarının Avropa İttifaqının digər ölkələrinə və ya Qara dəniz ticarət yolları boyunca tranzitini asanlaşdırmaqla Ukraynaya dəstəyini davam etdirməlidir.
Xatırladaq ki, Macarıstan hökuməti Ukraynadan taxıl və digər ərzaq məhsullarının idxalına qadağa qoyub. Polşa da oxşar məhdudiyyətlər tətbiq edib. Slovakiya da Ukraynadan taxıl və digər məhsulların idxalını dayandıracaq, Bolqarıstan isə qadağanı nəzərdən keçirir. Əsaslandırmaya görə, Kiyevin ən sadiq müttəfiqləri belə kənd təsərrüfatı bazarlarını qorumaq üçün daxili təzyiq altındadır.