Modern.az

Səudiyyənin XİN rəhbəri 12 il sonra Suriyada

Səudiyyənin XİN rəhbəri 12 il sonra Suriyada

Dünya

18 Aprel 2023, 17:31

Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan Əl Səud Suriyaya səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Alarabiya News" telekanlı məlumat yayıb.

 

Əl Səudun səfəri onun suriyalı həmkarı Faysal Mekdadın Ər-Riyada səfərindən bir neçə gün sonra baş verir.       

 

Suriyanın "Sana" agentliyinin məlumatına görə, səudiyyəli nazir Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüşüb. 

 

Qeyd edək ki, sonuncu dəfə Səudiyyə Ərəbistanının xarici işlər naziri 2011-ci ildə Dəməşqə səfər edib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi