2022-ci il fevralın 24-dən Ukraynada həlak olan mülki şəxslərin sayı 8,5 min nəfəri keçib.
Modern.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının məlumatında bildirilib.
Aprelin 18-ə olan məlumata əsasən, Ukraynada müharibə başlayandan bəri 8534 mülki şəxs ölüb, 14370 nəfər yaralanıb.
Ölən mülki əhalinin dörddə üçündən çoxu - 6634 nəfəri Ukraynanın qanuni hakimiyyət orqanlarının nəzarətində olan ərazilərdə qeydə alınıb. Rusiyanın işğal etdiyi ərazilərdə isə 1900 dinc sakin həlak olub.