İsveçrədən öz qanunlarını pozmaq tələb oluna bilməz.
Modern.az xəbər verir ki, bunu İsveçrə prezidenti Alen Berset Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında ölkəsinin silahlarının Ukraynaya ixracına icazə verib-verməyəcəyi ilə bağlı suala cavabında deyib.
Berset xatırladıb ki, İsveçrə hələ 1815-ci ildə qəbul edilən neytrallıq prinsipinə ciddi əməl edir.
Qanunvericilik səviyyəsində təsbit edilmiş bu prinsipə görə, İsveçrə birbaşa və ya üçüncü ölkələr vasitəsilə döyüşən dövlətlərə silah verə bilməz.
Qeyd edək ki, rəsmi Bern Almaniyaya İsveçrə istehsalı olan "Gepard" zenit silahları üçün sursatların Ukraynaya verilməsinə razılıq vermir.