Çinin Cinhua şəhərində yerləşən fabrikdə güclü yanğın baş verib.
Modern.az xəbər verir ki, hadisə zamanı çoxlu sayda insan zavodun 3-cü mərtəbəsindən çıxa bilməyib.
Rəsmilər yanğın zamanı 11 nəfərin öldüyünü açıqlayıb. Hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.