Modern.az

Hacı Əliyev dördqat Avropa çempionu oldu 

Hacı Əliyev dördqat Avropa çempionu oldu 

İdman

18 Aprel 2023, 21:46

Sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Hacı Əliyev Xorvatiyada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

 

Modern.az xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində çıxış edən 32 yaşlı idmançı finalda bolqarıstanlı Ramazan Ramazanovu məğlub edib.

 

Beləliklə, Hacı Əliyev karyerasında dördüncü dəfə Avropa çempionu tituluna yiyələnib.

 

Qeyd edək ki, millinin digər üzvü Əliabbas Rzazadə (57 kq) də Xorvatiyadakı Avropa çempionatının qalibi olub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?