Modern.az

Rəisi İsraili hədələdi: Təl-Əviv və Hayfanı dağıdarıq!

Rəisi İsraili hədələdi: Təl-Əviv və Hayfanı dağıdarıq!

19 Aprel 2023, 09:44

İran prezidenti İbrahim Rəisi Tehrana qarşı hər hansı addım atacağı təqdirdə İsrailə sərt cavab veriləcəyini deyib.

 

Modern.az xəbər verir ki, Rəisi bu barədə İran silahlı qüvvələri günündə çıxışı zamanı bildirib.

 

O qeyd edib ki, İrana qarşı hər hansı kiçik hərəkət ordunun kəskin reaksiyasına səbəb olacaq. Rəisi İsrailin hücumuna cavab olaraq Hayfa və Təl-Əviv şəhərlərini dağıtmaqla hədələyib.

 

İran prezidenti, həmçinin ABŞ-ın Yaxın Şərqdən çıxmasını tələb edib. O, eyni zamanda bildirib ki, İran ordusu təhlükəsizliyin təmin edilməsində maraqlı olan regional dövlətlərlə "əl sıxışır".

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi