Modern.az

Paris olimpiadası son şansımdır - Hacı Əliyev

Paris olimpiadası son şansımdır - Hacı Əliyev

İdman

19 Aprel 2023, 10:04

“Mənim üçün vacib qələbə və medal idi. Çünki Azərbaycanın güləş tarixinə düşdüm. Yeganə güləşçiyəm ki, 4 dəfə qitənin ən güclüsü olmuşam”.

 

Modern.az xəbər verir ki, bunu Dünya Güləş Birliyinin rəsmi saytına müsahibəsində ötən gün 70 kiloqram çəkidə Avropa çempionu olan Hacı Əliyev deyib.

 

Təcrübəli güləşçi müsahibəsində qələbəsindən və gələcək hədəflərindən söz açıb: “Paris olimpiadası mənim son şansımdır. Olimpiya qızılını qazanmalı və karyeramı başa vurmalıyam. Olimpiadalarda gümüş və bürünc medal qazanmışam. Çox çalışacağam. Qızıl medal üçün əlimdən gələni edəcəyəm. Düşünürəm ki, 32 və ya 34 yaşda olmağın fərqi yoxdur. Yalnız çox çalışmaq və çempion olmaq vacibdir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!