Modern.az

16 vilayətdə “Millət İttifaqı” seçki bülleteninə daxil edilməyəcək - RƏSMİ

16 vilayətdə “Millət İttifaqı” seçki bülleteninə daxil edilməyəcək - RƏSMİ

Dünya

19 Aprel 2023, 10:57

Türkiyənin Ali Seçki Komissiyası (YSK) müxalifətdəki "Millət İttifaqı" ilə bağlı mühüm qərar qəbul edib. 

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qurum ittifaqın fermuar modeli ilə seçkiyə getməyə qərar verdiyi 16 vilayətdə "Millət İttifaqı" adından istifadə edilə bilməyəcəyini açıqlayıb.

 

Belə ki, CHP və İYİ Partiya 16 vilayətdə fermuar modeli ilə bağlı razılığa gəlmişdi. Yəni Çorum, Düzce, Batman, Van, Bartın, Adıyaman, Çankırı, Amasya və Hakkari vilayətlərində CHP siyahısı ilə, Gümüşhane, Bayburt, Aksaray, Yozgat, Muş, Bitlis və Ərzurum vilayətlərində isə İYİ Partiya siyahısı ilə seçkiyə gediləcək.

 

Beləliklə, YSK-nın qərarına əsasən, sözügedən 16 vilayətdən 9-da sadəcə CHP, 7-də isə sadəcə İYİ Partiya loqotipi seçki bülletenində görünəcək. Loqotiplərin üzərində "Millət İttifaqı" barədə məlumat olmayacaq.

 

Qeyd edək ki, 14 mayda parlament seçkiləri ilə yanaşı, prezident seçkiləri də baş tutacaq.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi