Modern.az

Banka saxta dollar verən şəxs tutuldu

Banka saxta dollar verən şəxs tutuldu

19 Aprel 2023, 11:40

Bakıda saxta pul dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, aprelin 18-də saat 16 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən bankların birinin filialından Sabunçu Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gəliblər.

 

Banka 2 ədəd 50 dollarlıq saxta əskinas verməkdə şübhəli bilinən Bakı şəhər sakini Rövşən Qəndiyev saxlanılıb və araşdırma aparılması üçün 13-cü Polis Bölməsinə təhvil verilib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI