Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukraynada müharibənin 2024-cü ildə də davam edəcəyini düşünür.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ben Uolles bu barədə Vaşinqtonda jurnalistlərlə görüşü zamanı bildirib.
O, Ukrayna ordusunun əks-hücuma başlayacağına əminliyini ifadə edib.
“Mən optimist fikirdəyəm ki, bu il və ya gələn il Ukrayna bu istiqamətdə səylərini davam etdirəcək. Lakin, eyni zamanda, realist olmalıyıq: Rusiya sehrli çubuğun bir hərəkəti ilə dağılmayacaq”, - deyə nazir qeyd edib.