Modern.az

Mariya Stadnik yarımfinalda 

Mariya Stadnik yarımfinalda 

İdman

19 Aprel 2023, 15:25

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

 

Modern.az-ın məlumatına görə, 35 yaşlı idmançı 50 kq çəki dərəcəsində iki rəqibini məğlub edərək, buna nail olub. Səkkizqat Avropa çempionu əvvəlcə türkiyəli Evin Demirhana, 1/4 finalda isə fransalı Culye Sabatyeyə qalib gəlib.

 

Digər qadın güləşçi Elnurə Məmmədova (55 kq) Litva təmsilçisi Laura Staneliteni 1/8 finalda üstələyərək, növbəti raunda yüksəlib.

 

59 kq-dakı Alyona Kolesnik isə 1/4 finalda Yovana Radivoyeviç (Serbiya) - Morena de Vita (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!