Modern.az

Qaz kəmərlərində itkilər ARTIB

Qaz kəmərlərində itkilər ARTIB

İqtisadiyyat

19 Aprel 2023, 17:30

Ötən il Azərbaycanda magistral qaz kəmərlərində 50,6 mln. kubmetr itki olub, bu da illik müqayisədə 4,5% çoxdur.

 

Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

 

Məlumata görə, 2021-ci ildə respublika üzrə qaz kəmərlərində itkilər 48,4 mln. kubmetr təşkil edib.

 

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda magistral qaz kəmərləri ilə 39 240,2 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 11,8% çoxdur. Ötən il qaz nəqlinin 53%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 20 803,7 mln. kubmetr qaz ötürülüb (2021-ci ilin göstəricisi ilə müqayisədə 18,01%-lik artım).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI