ABŞ prezidenti Co Bayden Çin lideri Si Cinpinlə telefon danışığı aparmağı planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer məlumat yayıb.
Telefon danışığının nə vaxt baş tutacağı hələlik məlum deyil.
"Çinlə kommunikasiya kanallarını açıq saxlamalıyıq. Çinlə strateji rəqabət olsa da, ikitərəfli əlaqələri vacib hesab edirik və bu dəyişməyib", - Ağ Ev rəsmisi deyib.