Türkiyə Super Liqasının 30-cu həftəsində "Fənərbağça" klubu səfərdə "Medipol Başakşehir"lə qarşılaşıb.
Modern.az xəbər verir ki, gərgin keçən görüş "Fənərbağça" komandasının 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla liqada ardıcıl üçüncü qələbəsini qazanan “Fənərbağça” xallarının sayını 63-ə çatdırıb və turnir cədvəlində lider olub.