Modern.az

Azərbaycan nefti yenə ucuzlaşdı

Azərbaycan nefti yenə ucuzlaşdı

İqtisadiyyat

20 Aprel 2023, 10:00

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 1 dollardan çox ucuzlaşıb.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,18 ABŞ dolları, yaxud 1,33 % azalaraq 87,42 ABŞ dolları təşkil edib.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI