Ermənistanın sabiq prezidenti Robert Köçaryan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib. Modern.az-ın məlumatına görə, bu barədə erməni mətbuatı xəbər yayıb. Bildirilib ki, Köçaryan qondarma "respublikanın" rəsmiləri ilə görüşlər keçirib.
Eks-prezidentin mətbuat katibi jurnalsitlərlə söhbəti zamanı Köçaryanın səfəri haqda məlumatı təkzib etməyib.
Modern.az