NİDA Vətəndaş Hərəkatının üzvü Üzeyir Məmmədlinin həbs müddəti artırılıb. Bu barədə Nəsimi rayon Məhkəməsi qərar qəbul edib. Məhkəmənin qərarı ilə Ü.Məmmədli barəsində seçilmiş həbs-qətimkan tədbiri daha üç ay müddətinə uzadılıb.
Qeyd edək ki, “Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Ü.Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, hazırlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb.Modern.az