Azərbaycanlı uşaqların müasir olması olduqca vacibdir. Bu nöqteyi-nəzərdən kimya, fizika, riyaziyyat fənninə olduğu kimi, tarixin də tədrisinə xüsusi diqqət yetirmək lazımdır.
Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev aprelin 20-də “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan-Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfransda deyib.
Nazir bildirib ki, tarix fənni ilə bağlı metodik yanaşmalar köklü dəyişməlidir: "Yeni texnologiyalar nəzərə alınmalı, məzmun şagirdə maraqlı şəkildə çatdırılmaldır. Məzmun uşaqda öyrənməyə həvəs doğurmalıdır".