Modern.az

Gürcüstanla İtaliya əməkdaşlığı artırır - Vacib səfər

Gürcüstanla İtaliya əməkdaşlığı artırır - Vacib səfər

20 Aprel 2023, 12:04

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili aprelin 20-23-də İtaliyaya işgüzar səfərə gedəcək.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, o, italiyalı həmkarı Antonio Tacani ilə görüşəcək. 

 

Nazirlər ölkələr arasında ən yüksək səviyyədə dialoqun başlanması haqqında bəyannamə, habelə mədəniyyət və elm sahəsində 2023-2027-ci illər üçün icra proqramı imzalayacaqlar.

 

Səfər çərçivəsində Darçiaşvili gürcü diasporunun nümayəndələri ilə də görüşəcək.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi