Pakistanın xarici işlər naziri Biləval Bhutto-Zərdari gələn ay Hindistana səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, o, mayın 4-5-də Hindistanın Qoa ştatında keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. Bu, Bhutto-Zərdarinin Hindistana ilk rəsmi səfəridir.
Bhutto-Zərdari sui-qəsd nəticəsində öldürülən Pakistanın keçmiş baş naziri Bənazir Bhuttonun və keçmiş prezident Asif Əli Zərdarinin oğludur.