Modern.az

Kremldən Stoltenberqin Ukrayna səfərinə REAKSİYA

Kremldən Stoltenberqin Ukrayna səfərinə REAKSİYA

Dünya

20 Aprel 2023, 13:18

"Kreml Stoltenberqin Kiyevə səfəri ilə bağlı Ukraynanın NATO-ya daxil olması perspektivlərini qiymətləndirmir".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

"Ukraynanın NATO-ya daxil olmasının qarşısının alınması hələ də əməliyyatın məqsədlərindən biridir. Rusiya Federasiyası hesab edir ki, Fransa və Böyük Britaniyanın nüvə arsenalları faktiki olaraq ABŞ-ın nəzarəti altındadır", - deyə o bildirib.

 

Peskov, həmçinin vurğulayıb ki, Kremldə koronavirusun “Arcturus” subvariantına görə gücləndirilmiş epidemioloji təhlükəsizlik tədbirləri hələ tətbiq edilməyib.

 

Qeyd edək ki, bu gün NATO-nun baş katibi Yens Stoltenberq Kiyevə səfər edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi