Modern.az

Ermənistan Braziliya ilə hərbi əməkdaşlığa can atır

Ermənistan Braziliya ilə hərbi əməkdaşlığa can atır

Dünya

20 Aprel 2023, 13:48

Ermənistanın müdafiə naziri Suren Papikyan Braziliyanın Ermənistandakı səfiri Fabio Vazs Pitaluqa ilə görüş keçirib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, görüş Ermənistan Müdafiə Nazirliyinin inzibati binasında baş tutub.

 

Bildirilib ki, görüş zamanı regional təhlükəsizliklə bağlı məsələlər və müdafiə sahəsində ikitərəfli əməkdaşlıq imkanları müzakirə olunub.

 

Qeyd edək ki, Papikyan dünən Hindistan səfiri ilə də oxşar mövzuları müzakirə etmişdi.

Bu xəbər ilə bağlı
Hindistan Ermənistanla hərbi əməkdaşlığı dərinləşdirir
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi