"Baxmutun müdafiəsi strateji önəmə malikdir".
Modern.az xəbər verir ki, bunu tviter səhifəsində Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak yazıb.
"Kilid məsələ haqqında. Baxmutun müdafiəsi strateji önəmə malikdir. 9 aydan çoxdur ki, Rusiyanın hücum potensialını "tormozlayır". Ukrayna Silahlı Qüvvələri düşmənin ən peşəkar bölmələrini yox edir və Kremlin kilid planlarını - Luqansk və Donetsk regionlarının sərhədlərinə çıxmaq - pozur. Qalan hər şey sonraya", - o qeyd edib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
About the key thing. The defense of Bakhmut is of strategic importance. ?? has been curbing ?? offensive potential for over 9 months. AFU destroy the enemy’s most professional units & disrupt the Kremlin's key plan - reach the Luhansk & Donetsk regions' borders. All else - later.
— Михайло Подоляк (@Podolyak_M) April 20, 2023