Modern.az

Ərdoğan Sudandakı toqquşma tərəfləri ilə danışıq apardı

Ərdoğan Sudandakı toqquşma tərəfləri ilə danışıq apardı

Dünya

20 Aprel 2023, 17:10

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sudan Suverenlik Şurasının sədri Əl-Burxan və Çevik Hərəkət Qüvvələrinin rəhbəri Daqalo ilə telefon danışığı aparıb.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ərdoğan söhbət zamanı tərəfləri münaqişəyə son qoymağa, qardaş qanının tökülməsini dayandırmağa və dialoqa qayıtmağa dəvət edib.

 

Qeyd edək ki, aprelin 15-də Sudanın paytaxtı Xartum şəhəri və ətrafında ölkənin təhlükəsizlik qüvvələri arasında döyüşlər başlayıb. Həmin gündən bəri ölkənin 20-ə yaxın vilayətində toqquşmalar yaşanır. 

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək Sudanda şiddətli döyüşlər nəticəsində azı 330 mülki şəxs, o cümlədən BMT-nin Ümumdünya Ərzaq Proqramının üç əməkdaşı həlak olub. 3 mindən çox insan xəsarət alıb. Beynəlxalq Qızmızı Xaç və Qızıl Aypara Cəmiyyətinin Sudan üzrə nümayəndəliyi ölkənin səhiyyə sisteminin dağılmaq ərəfəsində olduğunu bildirib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi