Modern.az

Makronun Ukrayna planı Avropa İttifaqını parçalayır

Makronun Ukrayna planı Avropa İttifaqını parçalayır

Dünya

20 Aprel 2023, 17:28

Qərb ölkələri Fransa Prezidenti Emmanuel Makronun Ukrayna böhranını Çinin vasitəçiliyi ilə nizamlamaq planına tənqidi yanaşır. İddialara görə, Makronun Ukrayna ilə bağlı planı Avropa İttifaqında parçalanmaya səbəb ola bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

 

Qərb siyasətçilərinin fikrincə, Makronun vaxtından əvvəl təklif etdiyi strategiya Avropanın vahid mövqeyinə mənfi təsir göstərə bilər. Onlar hesab edirlər ki, Pekinin vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında danışıqların təşkili tərəflərin ərazi iddialarında qarışıqlığa gətirib çıxaracaq.

 

Qeyd edək ki, avropalı siyasətçilər Pekinin Moskva ilə yaxınlığını nəzərə alaraq, Çinin neytrallığına və vasitəçilik imkanlarına şübhə ilə yanaşırlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi