İranın ali lideri ayətullah Əli Xamneyi şaban ayının 15-i (iyunun 24-də) şiələrin 12-ci imamı həzrət Mehdinin (ə) doğum günü münasibətilə həbsdə olan 1249 nəfər siyasi, hərbi və mülki məhbusun əfv olunması barədə fərman imzalayıb. Bu barədə TASNİMNEWS agentliyi xəbər verir.
İranın Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli şaban ayının 15-i şələrin 12-ci imamı həzrət Mehdi (ə) doğum günü münasibətilə ali liderə məktubla müraciət edib. Məktubda 1249 məhbusun əfv edilməsi xahiş olunur.(anspress)