Modern.az

“Murov” Azərbaycan çempionu oldu - FOTOLAR

“Murov” Azərbaycan çempionu oldu - FOTOLAR

İdman

20 Aprel 2023, 17:37

Kişi voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub.

 

Modern.az-ın məlumatına görə, bu gün final mərhələsində 3-cü oyunlar baş tutub.

 

Bu qarşılaşmalardan sonra Yüksək Liqanın bütün mükafatçıları dəqiqləşib. Öncə bürünc medallar sahibini tapıb. Əvvəlki iki qarşılaşmada MOİK-i 3:0 və 3:1 hesabları ilə məğlub edən “Neftçi” bu dəfə də azarkeşlərini sevindirib. Seriyadakı ardıcıl üçüncü qələbə komandaya bürünc medallar qazandırıb.

 

Çempionun taleyinə də üçüncü oyunda aydınlıq gəlib. “Xarı bülbül” bu dəfə də “Murov”la bacarmayıb. İlk iki oyunda 3:1 və 3:0 hesabları ilə üstün olan Fərid Cəlalovun yetirmələri üçüncü qələbəni də “quru hesabla” qazanıb və qızıl medallara sahib çıxıb.

 

Yüksək Liqa, kişilər
20 aprel
3-cü oyunlar


Üçüncü yer uğrunda


14:00 “Neftçi” – MOİK - 3:1 (21:25, 25:22, 25:15, 28:26)

 

Final


16:00 “Xarı bülbül” - “Murov” – 0:3 (16:25, 10:25, 16:25)

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!