Modern.az

9 May tədbirləri qadağan edildi

9 May tədbirləri qadağan edildi

20 Aprel 2023, 20:49

Latviya parlamenti mayın 9-da ictimai yerlərdə kütləvi şənliklərin, mitinqlərin, yürüşlərin və piketlərin keçirilməsini qadağan edən qanun qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə parlamentin saytında məlumat yayılıb.

 

Qanun, həmçinin 9 may günü hər hansı pirotexniki vasitələrdən istifadənin qadağan olunmasını nəzərdə tutur.

 

Seymin insan hüquqları və ictimaiyyətlə əlaqələr komissiyasının sədri İeva Brante qanunu şərh edərkən deyib: “Dəyərlərimizi sarsıdan, cəmiyyəti parçalayan, hərbi təcavüzü tərənnüm edən və tarixi hadisələrin yanlış işıqlandırılmasına töhfə verən hadisələrin qarşısını almaq bizim maraqlarımızdadır”.

 

Seymin mətbuat xidməti qeyd edib ki, mayın 9-da Ukrayna xalqı ilə həmrəyliyi ifadə etmək və Ukraynada əziyyət çəkən və həlak olanların xatirəsini ehtiramla yad etmək üçün tədbirlər keçirilə bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi