Rusiyanın "Vaqner" özəl hərbi şirkəti bir neçə ay əvvəl Çindən silah almaq istəyib.
Modern.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti gizli sənədlərə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, "Vaqner" nümayəndələri 2023-cü ilin əvvəlində sursat və hərbi texnika üçün Çinə müraciət ediblər.
Qəzet bildirib ki, "Vaqner"in Çinə birbaşa müraciəti Pekinin Moskvaya silah tədarük etməyə hazır olacağına kifayət qədər inamın olduğunu göstərir.
Qeyd olunub ki, Çin silah-sursatın verilməsinə razı olmayıb.