Modern.az

ABŞ bu ölkəyə qoşun göndərir

ABŞ bu ölkəyə qoşun göndərir

20 Aprel 2023, 22:24

ABŞ Afrikanın şərqində yerləşən Cibutidəki bazasına əlavə qoşun göndərməyə hazırlaşır.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Bildirilib ki, qoşunlar Sudandan amerikalıların evakuasiyanı həyata keçirməyə kömək edəcək. Dövlət Departamenti bundan əvvəl Sudandakı ABŞ vətəndaşlarını sığınacaqlarda gizlənməyə çağırıb.

 

Qeyd edək ki, aprelin 15-də Sudanın paytaxtı Xartum şəhəri və ətrafında ölkənin təhlükəsizlik qüvvələri arasında döyüşlər başlayıb. Həmin gündən bəri ölkənin 20-ə yaxın vilayətində toqquşmalar yaşanır. 

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək Sudanda şiddətli döyüşlər nəticəsində azı 330 mülki şəxs, o cümlədən BMT-nin Ümumdünya Ərzaq Proqramının üç əməkdaşı həlak olub. 3 mindən çox insan xəsarət alıb. Beynəlxalq Qızmızı Xaç və Qızıl Aypara Cəmiyyətinin Sudan üzrə nümayəndəliyi ölkənin səhiyyə sisteminin dağılmaq ərəfəsində olduğunu bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi