Modern.az

Sudanda toqquşmalar zamanı ölənlərin sayı 600-ü keçdi

Sudanda toqquşmalar zamanı ölənlərin sayı 600-ü keçdi

20 Aprel 2023, 23:36

Sudanda baş verən silahlı toqquşmalar zamanı 600-dən çox insan həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Sudanın səhiyyə naziri Haysam Məhəmməd İbrahim məlumat yayıb.

 

Onun sözlərinə görə, paytaxt Xartumda gedən döyüşlər zamanı 125 xəstəxanaya ciddi ziyan dəyib. Sudanlı nazir döyüşən tərəfləri xəstəxanalara hücumlardan çəkinməyə çağırıb.

 

Xatırladaq ki, aprelin 15-də Sudanın paytaxtı Xartum şəhəri və ətrafında ölkənin təhlükəsizlik qüvvələri arasında döyüşlər başlayıb. Həmin gündən bəri ölkənin 20-ə yaxın vilayətində toqquşmalar yaşanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi