Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında partlayıcı qurğu yerləşdirilməsi barədə nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal nazirliyin mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
Xilasedicilər vətəndaşları təhlükəli hesab edilən ərazidən uzaqlaşdırıb. Sonra FHN mütəxəssisləri digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə metroda axtarış işləri aparıb. Stansiyada və yaxınlıqda partlayış təhlükəli əşya aşkar edilməyib.
Əməliyyat saat 00:45-də başa çatıb.
Modern.az