Modern.az

Güləşçimiz erməniyə qalib gəlib finala yüksəldi

Güləşçimiz erməniyə qalib gəlib finala yüksəldi

İdman

21 Aprel 2023, 19:25

Azərbaycanın Yunan-Roma güləşçisi Taleh Məmmədov Xorvatiyada davam edən Avropa çempionatında finala yüksəlib.

 

Modern.az xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda erməni güləşçi Qraçya Poqosyanı sınağa çəkib.

 

Taleh Məmmədov indiyədək iki dəfə məğlub etdiyi erməni güləşçiyə yenə öz gücünü göstərib. Rəqibinə 5:1 hesabı ilə qalib gələn Azərbaycan idmançısı adını finala yazdırıb.

 

O, qızıl medal uğrunda görüşdə Gürcüstan təmsilçisi Leri Abuladze ilə üz-üzə gələcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!