Sudan ordusu ölkədə üç günlük atəşkəs elan edilməsinə razılıq verib.
Modern.az xəbər verir ki, bu barədə “Əl-Hədath” telekanalı məlumat yayıb.
Telekanal bildirir ki, Sudan ordusu cümə günündən etibarən atəşkəsə riayət edəcək.
Bundan əvvəl orduya qarşı çıxan çevik hərəkət qüvvələri Ramazan bayramının başlaması münasibətilə cümə axşamı günü atəşkəs elan edib.
Xatırladaq ki, aprelin 15-də Sudanın paytaxtı Xartum şəhəri və ətrafında ölkənin təhlükəsizlik qüvvələri arasında döyüşlər başlayıb. Həmin gündən bəri ölkənin 20-ə yaxın vilayətində toqquşmalar yaşanıb. Sudan ordusunun nümayəndələri onlara qarşı çıxan çevik hərəkət qüvvələrini (xüsusi təyinatlıları) "üsyançı" adlandırırlar.