Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Avrop Şurası Parlament Assambleyasının 24 iyunda başlanacaq sessiyasında iştirak edəcək. Modern.az bildirir ki, bu barədə Ermənistanın XİN-n rəsmi açıqlama yayıb. Strasburqa yola düşən Nalbandyan plenar sessiyada çıxış edəcək.
Qeyd edək ki, Ermənistan bu ildən Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Azərbaycanın AŞPA-dakı 10 nəfərlik nümayəndə heyəti plenar iclasda iştriak etmək üçün Strasburqa gedib.Modern.az