Modern.az

Şəkidə zəncirvari qəza - Xəsarət alan var

Şəkidə zəncirvari qəza - Xəsarət alan var

Hadisə

22 Aprel 2023, 11:30

Şəki şəhərində 5 avtomobil toqquşub, xəsarət alan var.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a bildirilib ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Müşviq küçəsində qeydə alınıb.

 

Belə ki, ərazidə 5 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində avtomobillərə ziyan dəyib və yolun kənarındakı piyada, 1986-cı il təvəllüdlü Şəki şəhər sakini Polad Əmrahov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Piyada xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi davam etdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal