Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasının bu təqdimatı Azərbaycan Xalq Cəbhəsi Partiyasının keçmiş rəhbərliyinin bir sırada dayandığı anı özündə əks etdirir.
Tarix 24 iyun 1999-cu il, məkan Bakı Əyləncə Mərkəzi, səbəb Əbülfəz Elçibəyin ad günü...
Soldan AXCP sədrinin müşaviri Qüdrət Həsənquliyev, VHP sədri Sabir Rüstəmxanlı, AXCP sədri, eks-prezident Əbülfəz Elçibəy, AXCP sədrinin I müavini Əli Kərimli, AXCP sədrinin müavini Arif Paşa, AXCP Rəyasət Heyətinin üzvü İbrahim Vəliyev, “Avrasiya” qəzetinin baş redktoru İrfan Sapmaz və AXCP MNTK üzvü Məhəmməd İmanlı.
Fotoşəkildəki duruma “Sonuncu sağlıq” da demək olar. Tək ona görə yox ki, Elçibəy bu tarixdən sonra bir də doğum gününü qeyd edə bilmədi. Həm də ona görə ki, buradakı şəxslər də Elçibəyin vəfatından sonra bir daha beləcə bir yerdə qədəh qaldırıb şəkil çəkdirmək şansı saxlamadılar. İndi onlardan hətta ikisi belə, bir yerdə deyil...