Modern.az

"Qarabağ"ın məşqində futbolçunun ürəyi DAYANDI

İdman

22 Aprel 2023, 15:08

"Qarabağ”ın əvəzedici komandasının məşqində xoşagəlməz hadisə yaşanıb.

 

Modern.az Oxu.az-a istinadən xəbər verir ki, hazırlıq prosesində müdafiəçi Şirxan Həsənzadənin ürəyi dayanıb.

 

O, təcili tibbi yardımın köməyi ilə dərhal xəstəxanaya çatdırılıb.

 

Azərbaycan U-21 millisinin üzvü Şirxan Həsənzadə paytaxtda yerləşən özəl klinikalardan birinə yerləşdirilib. 20 yaşlı futbolçunu hələ də ayıltmaq mümkün olmayıb.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!