Modern.az

Almaniya rus diplomatları ölkədən çıxarır

Almaniya rus diplomatları ölkədən çıxarır

Dünya

22 Aprel 2023, 17:16

Almaniya Rusiya diplomatlarının ölkədən çıxarılmasına qərar verib. 

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

 

Rəsmi Moskva Almaniyanın diplomatlarla bağlı qərarını qəti şəkildə pislədiyini bildirib:

 

“Rusiya-Almaniya münasibətlərinin bütün spektrini, xüsusən də diplomatik ölçüsünü nümayişkaranə şəkildə məhv etməyə davam edən Berlinin hərəkətlərini qətiyyətlə pisləyirik”. 

 

Rusiya XİN eyni zamanda Almaniya mediasını dezinformasiya yaymaqda ittiham edib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular