Modern.az

Ukrayna hava məkanına nəzarəti itirə bilər

Ukrayna hava məkanına nəzarəti itirə bilər

Dünya

22 Aprel 2023, 18:05

Ukrayna ordusu hava məkanına nəzarəti itirmək riski ilə üzləşibQərb əlavə silah tələbinə cavab verməsə, belə bir ssenari mümkündür.

 

Modern.az xəbər verir ki, bununla bağlı "The Times" nəşri məlumat yayıb.

 

Məlumata görə, Pentaqonun məxfi sənədləri Ukrayna ordusunun zəif tərəflərini üzə çıxarıb və həyəcan təbilinə səbəb olub. Bildirilib ki, Ukraynada zenit sursatları o qədər azdır ki, gələn ayın əvvəlindən hava nəzarətini itirə bilər. 

 

"Bu, Svatovodan Kremennaya qədər olan xətti tutan əsgərlər üçün təəccüblü deyil. Çünki Rusiya qoşunları sentyabrda Xarkov şəhərinin böyük hissəsindən qovulduqdan sonra hər gün oradan keçməyə çalışırlar", - məlumatda qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular