Modern.az

Bu gün Bakıda dəhşət isti olacaq

Bu gün Bakıda dəhşət isti olacaq

24 İyun 2013, 10:49

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, bu gün- iyunun 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 17-22, gündüz 26-31° isti olacaqdır. Bakıda gecə 19-21°, gündüz 28-30° isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Şıx, Sahildə 23-24° isti olacaqdır.

 Naxçıvan Muxtar Respublikasında isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperaturun gecə 13-18°, gündüz 28-33° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 8-13°, gündüz 20-25° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Temperaturun gecə 14-19°, gündüz 26-31° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzənabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava şəraiti gündüz əsasən yağmursuz keçəcəkdir. Temperatur gecə 12-17°, gündüz 24-29° isti olacaqdır.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 16-21°, gündüz 30-35° isti olacaqdır.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Temperaturun gecə 17-21° isti, gündüz 25-30° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama