Modern.az

\"Altay\" tankları Türkiyə ordusuna təhvil verildi - YENİLƏNİB

\

23 Aprel 2023, 20:32

Türkiyənin yerli istehsal "Altay" tankları ölkənin silahlı qüvvələrinə təhvil verilib.

 

Modern.az xəbər verir ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

 

"Son dövrlərdə xaricdən aldığımız və embarqoya məruz qalan zirehli texnikaların yerli və milli imkanlarla istehsalına da başladıq”, - deyə Ərdoğan bildirib.

 

***

00:59

Türkiyənin yerli istehsal "Altay" tankı aprelin 23-də keçirilən mərasim zamanı orduya təhvil veriləcək.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, ordu BMC şirkəti tərəfindən istehsal edilən iki tankla sınaqlara başlayacaq.

 

Tankların sınaqları başa çatdıqdan sonra kütləvi istehsal prosesinə start veriləcək.

 

Türkiyəli mühəndislər tərəfindən hazırlanan tank 12.7 mm və 7.62 mm silah sistemləri ilə təchiz olunub. Tankın hazırlanmasının ilkin mərhələsində 200-dən artıq atış icra edilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi