Milli Şura sədri, kinodramaturq Rüstəm İbrahimbəyov sabiq səhiyyə naziri, hazırda həbsdə olan Əli İnsanovun Milli Şuraya dəstək verməsi ilə bağlı məsələyə münasibət bildirib. Modern.az-ın məlumatına görə, R.İbrahimbəyov "Azadlıq"-a müsahibəsində Əli İnsanovun bu addımını müsbət qiymətləndirərək onun azadlığa buraxılmasını tələb edib.
Milli Şura sədrinin sözlərinə görə, Ə.İnsanovun müxalifətə verdiyi dəsətk seçkilərdə onlara yardım edəcək.
“Belə bir bəyanatın, dəstəyin verilməsinə çox şadam. Əli İnsanov görkəmli alimdir. Düşünürəm ki, onu günahsız olaraq azadlıqdan məhrum ediblər. Əli Insanovun çox tərəfdarları var. Düşünürəm ki, onun bu dəstəyi seçkilərdə yardımçımız olar. Biz dəfələrlə demişik ki, Əli İnsanov azadlığa buraxılmalıdır və bu istiqamətdə əlimizdən gələni etmişik”-deyə R.İbrahimbəy eks-nazirin jestini alqışlayıb.
Modern.az