Modern.az

Biləsuvarda baş vermiş qətllə bağlı cinayət işi açıldı

Biləsuvarda baş vermiş qətllə bağlı cinayət işi açıldı

Hadisə

23 Aprel 2023, 09:15

Aprelin 23-ü saat 01 radələrində Biləsuvar rayon sakini 1986-ci il təvəllüdlü Vüsal İlhamlının üzərində xəsarət izləri olan meyitinin Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə Biləsuvar rayon prokurorluğunundan bildirilib. 

 

İlkin araşdırma zamanı 1993-cü il təvəllüdlü Rüfət Əlizadənin Biləsuvar rayonunun Aşağı Cürəli kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Vüsal İlhamlıya xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Fakta görə Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rüfət Əlizadə iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

 

İbtidai istintaq davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal