Modern.az

Sülhməramlıların maşınları aksiya yerindən keçdi - YENİLƏNİB

Sülhməramlıların maşınları aksiya yerindən keçdi - YENİLƏNİB

23 Aprel 2023, 12:11

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

 

Modern.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.

 

Belə ki, sülhməramlılara məxsus 22 avtomobil Xankəndi-Laçın yolunda hər iki istiqamətə maneəsiz hərəkət edib. Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

 

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 133 gündür davam edir.

 

***

10:05

 

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

 

Modern.az xəbər verir ki, Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillər maneəsiz keçid edib.

 

Xankəndidən gələn minik və yük avtomobilləri aksiya keçirilən yoldan keçid edərək Laçın istiqamətinə gedib.

 

Bu gün sülhməramlılara məxsus ümumilikdə 20-yə yaxın avtomobilin maneəsiz keçidi reallaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI